Azərbaycan Antiqua və Barbudaya yardım göndərdi - FOTO

Azərbaycan Antiqua və Barbudaya yardım göndərdi -  FOTO
  20 Fevral 2020    Oxunub:2670
Antiqua və Barbudanın yardım müraciətinə cavab olaraq, ölkəmizdə istehsal olunmuş tibbi ləvazimatlardan ibarət yardım Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) xətti ilə qarşı tərəfin xahişi əsasında Londona göndərilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, sözügedən yardım 19 fevral 2020-ci il tarixində Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tərəfindən Antiqua və Barbudanın Böyük Birtaniyadakı Ali Komissarı xanım Karen-Mae Hillə təqdim edilib.



Təqdimetmə mərasimində hər iki ölkənin rəsmi nümayəndələri və yerli KİV-lər iştirak etmişlər. Göstərilmiş yardıma görə Antiqua və Barbudanın Böyük Britaniyadakı Ali Komissarı Karen-Mae Hill ölkəsi adından Azərbaycan xalqına dərin minnətdarlığını ifadə edib və Antiqua və Barbudanın Azərbaycanla diplomatik əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu nəzərə çatdııb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Yardım  





Xəbər lenti