Bakıda axtarışda olan 53 nəfər saxlanıldı

Bakıda axtarışda olan 53 nəfər saxlanıldı
  20 Fevral 2020    Oxunub:2079
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-də 36 cinayətin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Azvision.az -a verilən məlumata görə, onlardan 10-u əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 7, quldurluq üzrə 2, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 7, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 18 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 53 nəfər saxlanılıb. Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Bakı-Polisi  





Xəbər lenti