Hüseyn Dərya sərbəst buraxılıb - YENİLƏNİB

Hüseyn Dərya sərbəst buraxılıb - YENİLƏNİB
  25 Dekabr 2013    Oxunub:4423
Hüseyn Dərya artıq evə buraxılıb.
AzVision.az-a bu barədə Respublika Toksikologiya Mərkəzindən məlumat verilib. Bidiriblər ki, artıq reper bu gün səhər saatlarında evə buraxılıb.

Sabunçu rayon polis bölməsindən AzVision.az-a isə bildiriblər ki, ona həkim zəhərlənmə diaqnozu qoyub.

***

Məşhur reper Hüseyn Dərya həbs olunub. AzVision.az-a bu barədə Sabunçu rayon polis bölməsindən məlumat verilib. Bildirilib ki, reper ötən gün saat 18:10 radələrində Sabunçu RPİ-nə aparılıb. Buna səbəb isə isə reperin narkotik sərxoşluq vəziyyətində olması olub.

H.Dərya daha sonra isə 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti