Yəmənin müdafiə nazirinə sui-qəsd edilib

  19 Fevral 2020    Oxunub : 1396
Yəmənin müdafiə nazirinə sui-qəsd edilib
Yəmənin müdafiə naziri Məhəmməd Əli əl-Məqdəşiyə qarşı sui-qəsd həyata keçirilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirin olduğu avtomobil mina ilə partladılıb. Terror hücumu nəticəsində nazirin ciddi xəsarət almadığı bildirilir.

Məlumata görə, Əl-Məqdəşinin yaxınları arasında ölənlər və bir neçə yaralı var. Hadisənin təfərrüatları açıqlanmayıb.

Azvision.az

Teqlər: Yəmən