İki namizədin şikayəti araşdırıldı, təklif qəbul edildi

  19 Fevral 2020    Oxunub : 1994
İki namizədin şikayəti araşdırıldı, təklif qəbul edildi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 47 saylı Mingəçevir seçki dairəsindən daxil olan müraciətə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, deputatlığa namizədlər Qurbanəli Yusifov və İbrahim Salamov şikayətində həmin dairənin 14 məntəqəsinin, ümumən dairənin nəticəsinin ləğvini tələb edib:

"Şikayət araşdırıldıqdan sonra bəlli olub ki, 9, 17, 21 saylı seçki məntəqələrində seçicilərin iradəsinə təsir edə biləcək pozuntular müəyyən olunub. Bu səbəbdən həmin məntəqələrin nəticələrinin ləğvini, şikayətin qismən təmin olunmasını təklif edirəm".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK