Qaradağda yanğın olub

  19 Fevral 2020    Oxunub : 1725
Qaradağda yanğın olub
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 70 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları 35 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Yanğın   FHN