MSK 3 dairədən gələn şikayətləri geri qaytardı

  19 Fevral 2020    Oxunub : 2914
 MSK 3 dairədən gələn şikayətləri geri qaytardı
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 9 fevral 2020-ci ildə keçirilən Milli Məclisə seçkilərlə əlaqədar müraciətlərə baxılır.
Azvision.az xəbər verir ki, müraciətlər barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, 56 saylı Xaçmaz kənd, 62 saylı Saatlı, 92 saylı Zərdab-Ucar seçki dairələrindən daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulan müddət gecikdirilməklə göndərildiyindən şikayətçilərin özlərinə geri qaytarılmalıdır.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki