Haftar Şoyqu ilə danışıqlar apardı

 Haftar Şoyqu ilə danışıqlar apardı
  19 Fevral 2020    Oxunub:2526
Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Liviyadakı vəziyyəti müzakirə ediblər: "Şoyqu və Haftar Liviya ilə bağlı Berlin Konfransındakı qərarların yerinə yetirilməsinin vacibliyini təsdiqləyiblər. Tərəflər bir daha Liviya daxilində yaranmış böhranın siyasi yolla həllinə alternativ olmadığını, ölkənin müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiqliyini qeyd ediblər".

Azvision.az


Teqlər: Libiya   Rusiya  





Xəbər lenti