Ermənistan ordusunun daha 2 vəzifəli şəxsi işdən çıxarılır

  19 Fevral 2020    Oxunub : 1817
 Ermənistan ordusunun daha 2 vəzifəli şəxsi işdən çıxarılır
Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyandan silahlı qüvvələrin iki vəzifəli şəxsini işdən çıxarmaq barədə təklif alıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bunlar Ermənistan hərbi polisinin rəisi Artur Baqdasaryan və silahlı qüvvələrin mənəvi psixoloji idarənin rəisi Aleksan Aleksanyandır.

Prezident baş nazirin təklifini üç gün ərzində qiymətləndirib müvafiq qərar imzalaya bilər.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Erməni   Hərbçi