Gəncədə ağır qəza, ölən və yaralılar var

Gəncədə ağır qəza,    ölən və yaralılar var
  19 Fevral 2020    Oxunub:2886
Fevralın 18-də saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini S.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, onun sərnişinlərindən həmyerlisi Ramin Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti