Bu il 15 erməni hərbçi qeyri-döyüş şəraitində ölüb

  19 Fevral 2020    Oxunub : 1234
 Bu il 15 erməni hərbçi qeyri-döyüş şəraitində ölüb
Ermənistanın Baş Hərbi İstintaq İdarəsində orduda əsgər ölümlərinin sayının artmasına dair müşavirə keçirilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 1-dən bu günə qədər qeyri-döyüş şəraitində 15 erməni hərbi qulluqçusu ölüb. Bəzi hadisələrlə bağlı intihar həddinə çatdırma maddələri üzrə cinayət işləri açılıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Erməni   Əsgər