İki təyyarə havada toqquşdu

  19 Fevral 2020    Oxunub : 1380
İki təyyarə havada toqquşdu
Avstraliyanın Viktoriya əyalətində Manqalor şəhəri yaxınlığında iki kiçik tutumlu təyyarə toqquşub. Hadisə nəticəsində azı dörd nəfər ölüb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri, təcili xilasetmə xidməti cəlb olunub.

"Qəzadan əvvəl iki təyyarənin havada toqquşmasına dair sübutlar var. Təyyarələrin hər birində iki nəfər olub, onlar hadisə yerində ölüblər", - məlumatda bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Təyyarə   Qəza