ATƏT Kasprşiklə bağlı ermənilərə cavab verdi

  19 Fevral 2020    Oxunub : 1573
ATƏT Kasprşiklə bağlı ermənilərə cavab verdi
Səfir Anjey Kasprişik mandatına uyğun olaraq Dağlıq Qarabağ bölgəsində müxtəlif görüşlər keçirir.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT-in İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Xatırladaq ki, Ermənistanın "Tert.am" saytı Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri ilə görüşün olub-olmadığı, Qarabağda hansı görüşlərin planlaşdırıldığı və bunların münaqişənin həlli baxımından əhəmiyyətinin nədən ibarət olması barədə yazılı sorğu ünvanlayıb.

Bu suallara ATƏT-in cavabında bildirilir: “ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik bölgədə müxtəlif şəxslərlə görüşmək də daxil olmaqla, mandatından irəli gələn tədbirləri həyata keçirir. Müşahidələri barədə isə ATƏT sədrliyinə və Minsk qrupuna məlumat verir. Onun həyata keçirdiyi bu və digər tədbirlər qəbul edilir və dəstəklənir".

Qeyd edək ki, Ermənistan tərəfi son vaxtlar Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətindən ciddi narahatlıq keçirir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ATƏT