Köçkünlərin binasındakı yanğınla bağlı rəsmi məlumat

Köçkünlərin binasındakı yanğınla bağlı rəsmi məlumat
  25 Dekabr 2013    Oxunub:913
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda mәcburi köçkünlәrin məskunlaşdığı yataqxanada baş vermiş yanğınla bağlı məlumat yayıb.

AzVision.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Binəqədi rayonunda Mədəni Marif kollecinin yataqxananın həyətində baş verib. Nəticədə yataqxananın həyətində özbaşına taxta konstruksiyalardan tikilmiş ümumi sahəsi 450 kv.m olan tikililərin 6 ailəyə məxsus olan 150 kv.m sahəsi yanıb. Tikililərin qalan hissəsi və yataqxana binası yanğından mühafizə olunub.

Yanğın saat 04:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti