Koronavirusdan ölənlərin sayı 2 mini ötüb

   Koronavirusdan ölənlərin sayı 2 mini ötüb
  19 Fevral 2020    Oxunub:1851
Çində yeni növ koronavirusa yoluxanların sayı 74 min 279, virusdan ölənlərin sayı isə 2007 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 5 min 248 nəfərdir. 12 minə yaxın xəstənin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 574 min nəfəri müəyyən edib, onlardan 135 mini həkim nəzarətinə alınıb.

Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (1693 nəfər) və ölüm (132 nəfər) faktı Hubey vilayətində qeydə alınıb.

Azvision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti