MSK sədri seçki komissiyalarını ittiham etdi

MSK sədri seçki komissiyalarını ittiham etdi
  18 Fevral 2020    Oxunub:2220
"Vətəndaşın konstitusion hüququnu pozmağa heç kimin haqqı yoxdur".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçki günü səhərdən-axşama qədər xaotik hərəkətlər qeyri-adi görüntüləri ortaya çıxarıb: "Ona görə biz günahı komissiyada görürük ki, onlar Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməyiblər. Hansısa müşahidəçi, yaxud jurnalist komissiya üzvünün fəaliyyətinə imkan vermirsə, komissiya üzvü bununla bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməli idi”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: MSK  





Xəbər lenti