MSK-da mübahisə düşdü, namizəd zaldan çıxarıldı

MSK-da mübahisə düşdü, namizəd zaldan çıxarıldı
  18 Fevral 2020    Oxunub:4938
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında gərgin anlar yaşanıb.

Azvision.az xəbər verir ki, 32 saylı Suraxanı üçüncü seçki dairəsindən daxil olan müraciətin müzakirəsi zamanı deputatlığa namizədliyi qeydə alınmış şikayətçi Fikrət Cəfərli ona söz verilmədən müzakirəyə müdaxilə edib.
Bu zaman MSK katibi Mikayıl Rəhimov ona irad tutaraq deyib: "Bu, Xalq Cəbhəsinin iclası deyil. Mərkəzi Seçki Komissiyasının iclası keçirilir".

MSK sədri Məzahir Pənahov da şikayətçilərə xəbərdarlıq edərək, onlara söz verilmədən müzakirəyə qoşulmamasını tələb edib.

Daha sonra şikayətçi ilə mübahisə yaranıb, MSK sədri Fikrət Cəfərlinin iclas zalından çıxarılmasına göstəriş verib

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK  





Xəbər lenti