“Qanun pozuntularında günahkar komissiyalardır” - MSK sədri

 “Qanun pozuntularında günahkar komissiyalardır” -    MSK sədri
  18 Fevral 2020    Oxunub:2560
Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günü qanun pozuntularına yol verən şəxslərlə bağlı qanunamüvafiq addımlar atacaq.

Azvision.az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında məlumat verilib.
Qeyd olunub ki, seçki günü qanunsuz hərəkətlərə yol verən şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

MSK sədri Məzahir Pənahov isə vurğulayıb ki, baş vermiş qanun pozuntularına görə müvafiq dairə seçki komissiyaları günahkardır.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti