Vüsal Kərimli: “Beş ildə 855 avtobus yenilənib”

  Vüsal Kərimli:  “Beş ildə 855 avtobus yenilənib”
  18 Fevral 2020    Oxunub:3255
“Keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb. Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Yəni, iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyyət göstərmək istəyirdilər. Aydın məsələdir ki, onlar insanların rahatlığı üçün deyil, öz maraqları naminə fəaliyyət göstərirdilər. Biz onların sayını müəyyən tələblər əsasında 65-dən 37-yə endirdik”.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda deyib. Onun sözlərinə görə, beş il ərzində 855 avtobus yenilənib:

"Bunlardan 600-ü Sizin tapşırığınızla xarici ölkələrdən gətirilib. Daşıyıcılar tərəfindən də Bakı Nəqliyyat Agentliyinin tələbləri əsasında 295 müasir avtobus gətirilib. Ümumilikdə bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib. Sizin tapşırığınıza əsasən hər il 300 avtobus gətirilməklə yaxın üç ildə parkın yenilənməsini 100 faizə çatdırmağı planlaşdırırıq".

Azvision.az


Teqlər: BNA   İlham-Əliyev  





Xəbər lenti