İcra başçısının lider namizəd olduğu dairə ilə bağlı şikayətə baxıldı

 İcra başçısının lider namizəd olduğu dairə ilə bağlı şikayətə baxıldı
  18 Fevral 2020    Oxunub:2166
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Milli Məclisə keçirilən seçkilərlə əlaqədar şikayətlərə baxılıb.
Azvision.az xəbər verir ki, müraciətlər barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O bildirib ki, 123 saylı Kəlbəcər seçki dairəsindən daxil olan müraciətdə şikayətçi şəxs Əziz Qəmbərov dairənin nəticələrinin ləğvini tələb edib: "Araşdırmanın nəticəsinə əsasən, protokollarda səsvermənin nəticələrinə təsir edə biləcək əsaslar tapılmayıb. Yalnız 16 saylı məntəqədə pozuntular müəyyənləşib. Ona görə bu məntəqənin nəticələri etibarsız hesab olunmalıdır".

Qərar səsverməyə çıxarılıb və şikayət qismən təmin olunub.

Qeyd edək ki, 123 saylı seçki dairəsinin lider namizədi Kəlbəcər rayonunun icra başçısı Aqil Məmmədovdur.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Seçki   MSK  





Xəbər lenti