Çoxmərtəbəli yaşayış binasında yanğın olub - VİDEO

Çoxmərtəbəli yaşayış binasında yanğın olub -    VİDEO
  18 Fevral 2020    Oxunub:2027
Bakıda yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, fevralın 18-də nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqlı mənzilin 20 kv.m. sahəsi olan mətbəxi yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.



Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti