Abşeronun ən hündür mayakı təmir olunur - FOTOLAR

   Abşeronun ən hündür mayakı təmir olunur -    FOTOLAR
  18 Fevral 2020    Oxunub:4660
Azərbaycandakı mayaklardan ən hündürü Gürgən qəsəbəsi ərazisində yerləşən Abşeron mayakıdır. 1859-cu ildə Pirallahı adası ilə üzbəüz yüksəklikdə, sərt qayalar üzərində tikilən dəniz mayakı hazırda təmir olunur.
Azvision.az -ın məlumatına görə, təmir işləri mayakın daxilində və fasadında aparılır. Yaxın günlər ərzində işlərin yekunlaşacağı bildirilir.

Qeyd edək ki, 25 metr hündürlüyündə orijinal konstruksiyalı daş qüllədən ibarət olan mayakın pəncərələri lövbər, giriş qapısı isə tağ şəklində işlənib. Qüllənin zirvəsinə 102 pilləli dolanbac pilləkanla qalxmaq mümkündür. Mayak 23 oktyabr 1860-cı ildə istifadəyə verilib. Əks etdirdiyi işıq 38 km məsafədən görünməklə gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin edir.

İlk vaxtlar mayak kerosin lampası ilə işıqlandırılıb. Sonralar 1912-ci ildə mayakın işıqlandırılması sistemi kerosin-damla qurğusu ilə təmin olunub. 1956-cı ildən elektrik enerjisi ilə əvəz edilib. Hazırda mayakın işıqlandırılmasını 500 vatlıq elektrik lampası və xüsusi linzalar təmin edir.





Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Abşeron   Mayak  





Xəbər lenti