Ötən il Prezident 452 fərman, 880 sərəncam imzalayıb

Ötən il Prezident 452 fərman, 880 sərəncam imzalayıb
  18 Fevral 2020    Oxunub:2104
2019-cu ildə aparılan islahatların böyük bir qismi idarəetmə strukturlarının təkmilləşdirilməsi ilə əlaqədar olub, bununla bağlı dövlət başçısının hələ ilin əvvəlində imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli Fərmanından sonra il ərzində 30-dan artıq fərman və sərəncam verilib.
Azvision.az xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.

Qeyd olunub ki, ötən il Azərbaycan Prezidentinin imzaladığı 308 qanun, 452 fərman, 880 sərəncamın bir çoxu dövlət quruculuğu, sosial-iqtisadi sahədə idarəetmə və s. məsələlər barəsində olub. Bütün bunlar cəmiyyətdə böyük rəğbətlə qarşılanıb.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti