Azərbaycanda yeni İşçi Qrup yaradılır

Azərbaycanda yeni İşçi Qrup yaradılır
  18 Fevral 2020    Oxunub:1906
Azərbaycanda zərgərlik sahəsində fəaliyyət göstərən və hökumət nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması təklif edilir.
Azvision.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla keçirilən görüşdə deyib.

Nazir həmçinin xatırladıb ki, bu sahədə sahibkarların işini asanlaşdırılması istiqamətində assosiasiyanın yaradılması xüsusi əhəmiyyət kəsb edə bilər.

Xatırladaq ki, bu gün Bakıda “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüş keçirilir. Tədbirdə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və digər rəsmi şəxslər iştirak edirlər.

Aytən Zəhra
Azvision.az



Teqlər: Mikayıl-Cabbarov   Zərgərlik  





Xəbər lenti