“Sədərək”dəki yanğında xəsarət alanlar var - RƏSMİ

  18 Fevral 2020    Oxunub : 1580
“Sədərək”dəki yanğında xəsarət alanlar var - RƏSMİ
"Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar hadisə yerinə 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Azvision.az -a verilən məlumata görə, 8 nəfərə yerində yardım göstərilib, bir nəfər travma ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Qaradağ rayonunda yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın olub.

Azvision.az

Teqlər: TƏBİB