“Sədərək”də yanğın söndürülüb - VİDEO (YENİLƏNİB)
Bu barədə Azvision.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, yanğının qarşısı alınıb.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerinə gedib.
***
Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin Dölət Yanğından Mühafizə xidmətinin və Xisusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.
Yanğının 8, 9 və 10-cu riyadları əhatə etdiyi bildirilir. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Azvision.az