Çində koronavirusdan ölənlərin sayı 1860-ı ötüb

Çində koronavirusdan ölənlərin sayı 1860-ı ötüb
  18 Fevral 2020    Oxunub:2475
Çində yeni növ koronavirusa (COVİD-2019) yoluxanların və ölənlərin sayı artıb.

Azvision.az TASS-a istinadən xəbər verir ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, virusdan ölənlərin sayı 1868 nəfərə çatıb.
Belə ki, son sutka ərzində 98 nəfər koronavirusdan ölüb. Xəstəliyə yoluxanların sayı bir sutkada 1,8 min nəfər artaraq 72,4 mini ötüb.

Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti