MSK: Şikayətlər seçki məntəqələrinin 3 faizini əhatə edir

      MSK:    Şikayətlər seçki məntəqələrinin 3 faizini əhatə edir
  17 Fevral 2020    Oxunub:2486
“Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlərin 3 faizi məntəqədə olan hallara aiddir və onların da kifayət qədəri ümumi formadadır”.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Seçki günü polisin fəaliyyətinə toxunan MSK sədri qeyd edib ki, polisin hərəkəti kimisə narahat etməməlidir: “Polis hay-küy olan məntəqələrə gəlib söhbət aparır. Tək bir faktda polis hücuma məruz qalır. Neqativ məsələyə pozitiv münasibət bildirmək vətəndaş mövqeyi deyil. Gün ərzində insan ailəsi ilə olanda belə nədənsə xoşu gəlməyə bilir. Seçki günü də həmin proses olur. Düşünün ki, orada ağır bir proses gedir. Ona görə bəzi məsələləri şişirdib, öz arzusunu onun üzərində qurub, yeri gəldi-gəlmədi tələb irəli sürmək olmaz".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti