7 məntəqənin nəticələri etibarsız sayıldı

  17 Fevral 2020    Oxunub : 1730
7 məntəqənin nəticələri etibarsız sayıldı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 34 saylı Xətai ikinci dairə seçki komissiyasından daxil olan müraciətə baxılıb.

Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. O bildirib ki, müraciət edənlər iclasda iştirak etmək istəklərini ifadə ediblər. MSK sədri müraciət edənlərin iclasda iştirakını təmin edib.
İ.Şahbazovun sözlərinə görə, müraciət edən şəxslər pozuntulara dair 35 protokol və videogörüntü təqdim ediblər. Bu protokollardan yalnız 8-i orjinal olub, digərləri isə surəti çıxarılandır. Araşdırma nəticəsində həmin dairənin 7 məntəqəsinin seçki nəticələri etibarsız hesab olunub.

İclasda şikayət səsverməyə çıxarılaraq qismən təmin edilib.

Qeyd edək ki, 34 saylı Xətai ikinci seçki dairəsinin lider namizədi Mixail Zabelindir.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   İclas