Siyavuş Novruzov: “51 illik ömrüm mübarizələrdə keçib” - MÜSAHİBƏ
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun doğum günüdür. 51 yaşını qeyd edən siyasətçi ad günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
- Bəli, yaşı var-dövlət kimi də qəbul etmək olar. Yaş insanın yaşadığı dövrə aid hesabatıdır.
-51-dən geriyə baxanda ən çox hansı illərin xiffətini çəkirsiniz?
-Yaşamadıqlarımın. Yaşadıqlarım mənimkidir. Yaşamadığımı isə hələ bilmirəm.
- Bu gün durdunuz, aynaya baxdınız. Doğum gününüzdə özünüz haqqında hansı fikirlər ürəyinizdən keçdi?
- Dostlarım, məni tanıyanlar o qədər zəng edirdilər ki, özümə baxmağa, haqqımda düşünməyə vaxtım olmayıb.
- Bu gün sizi necə təbrik etsələr və ya nə hədiyyə etsələr ürəyinizin sarı simini tərpədər?
- Sarı simi o tərpədər ki, doğum günlərimdən birində Şuşada əsgərlərimizlə birlikdə olaram. Həmin gün ad günümü deyil, qələbəni qeyd edərəm. Bu, mənim üçün ən böyük hədiyyə olar.
- 51 böyük rəqəmdir. Yaxşı mənada desək, onun kürəyini yerə vurmaq çətin olmadı ki?
- 51 illik ömrüm mübarizələrdə keçib. O qədər ağır və məşəqqətli yollardır ki. Nəzər salsanız, görərsiniz ki, müstəqillik, vətən, dövlətçilik, ulu öndər, cənab Prezident, Birinci-vitse prezidentin yolunda mübarizə aparmışıq.
- Övladlarınız bu gün atalarını necə təbrik etdilər?
- Qızımın 9 yaşı var, hazırda 3-cü sinifdə oxuyur. O, çox yaxşı şəkillər çəkir. Demək olar ki, gələcəyin ən böyük rəssamlarından biri olacaq. Bir neçə dəqiqəyə nə desən çəkə bilər. Mənə şəkillər çəkib, amma hələ göstərməyib. Axşama sürpriz hazırlayır. Oğlum da orta məktəbdə təhsil alır, zəng edib məni təbrik etdi, imtahana gedirdi. Ona görə çox ünsiyyətimiz olmadı. Axşam ailəmiz bir süfrə arxasına yığışacaq. Mən özüm də hələ işdəyəm.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Siyavuş-Novruzov