Təmirə görə yolda hərəkət məhdudlaşdırılır

  17 Fevral 2020    Oxunub : 869
Təmirə görə yolda hərəkət məhdudlaşdırılır
Fevralın 18-də səhər saatlarından Suraxanı rayonunun Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısamüddətlik məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azvision.az -a verilən məlumata görə, məhdudlaşdırılma təmir işləri ilə əlaqədardır. Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyə olunub.

Azvision.az

Teqlər: AAYDA   Yol   Təmir