Məktəbli formaları ilə bağlı yeni təkliflər hazırlanıb

   Məktəbli formaları ilə bağlı yeni təkliflər hazırlanıb
  17 Fevral 2020    Oxunub:2527
“Məktəbli formaları ilə bağlı təkliflərimizi hazırlayıb, Təhsil Nazirliyinə təqdim etmişik. İşçi qrupun yenidən iclası keçiriləcək və təkliflərimiz dəyərləndiriləcək”.
Bunu Azvision.az -a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. O bildirib ki, məktəbli formaları ilə bağlı artıq nümunələr hazırdır.

“Nazirliyin saytında olan nümunələri hazırlasaq da, hələ verməmişik. Çünki ilk görüşdə 6 müəssisə çağrılmışdı və fikirlərimizi öyrəndilər. Sonradan qərara gəlindi ki, təkliflərimizi hazırlayıb göndərək və təkliflərə baxılsın. Bir həftə vaxt verilmişdi. Bütün müəssisələr təklifləri verdi, indi nazirliyin qərarını gözləyirik. Sonrakı görüşdə nümunələr istəniləcək. Yekunda ictimaiyyət və nazirlik hansı formanın olacağına qərar verəcək”.

E.Əzimov nümunələr arasında köhnə formaların da olduğunu qeyd edib. “Yeni formaya keçid tədricən olacaq. Çünki formanı təzə alan şəxslər var. İmkanı olmayan insanlar formaları uşaqlarına 2-3 il geyindirirlər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Forma   Təhsil   BTE  





Xəbər lenti