4 rayonda mənzillərin səyyar qeydiyyatı aparılacaq

4 rayonda mənzillərin səyyar qeydiyyatı aparılacaq
  17 Fevral 2020    Oxunub:1543
Çoxmərtəbəli binalardakı mənzillərin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı səyyar aksiya fevralın 17-21-də Xətai, Nərimanov, Yasamal və Nəsimi rayonlarında keçiriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, səyyar qeydiyyat xidməti həftə ərzində 865 mənzilli 5 binanı əhatə edəcək. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində səyyar xidmət fevralın 17-də Xətai rayonu, M.Hadi küçəsi, 106, fevralın 18-də Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə ünvanlarında olacaq. Yasamal rayonunda davam edən kampaniya fevralın 19-da F. İbrahimov küçəsi, 5, fevralın 20-də Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi, 2 ünvanlarındakı binalarda keçiriləcək. Fevralın 21-i isə mobil qeydiyyat xidməti Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında yerləşən binada göstəriləcək.

Mənzilini dövlət qeydiyyatına almaq istəyən bina sakinləri şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədlərlə səyyar xidmət ofisinə yaxınlaşa bilərlər.

Azvision.az


Teqlər: Bina   Mənzil   Səyyar  





Xəbər lenti