Həbsxanaya narkotik keçirmək istəyənlər saxlanıldı

Həbsxanaya narkotik keçirmək istəyənlər saxlanıldı
  17 Fevral 2020    Oxunub:1591
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 12.3; 241.2.1-ci maddələrinə əsasən 15 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İsmayılov Elşən Aydın oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini İsmayılov Elçin Aydın oğlunun üzərinə baxış keçirilən zaman ona məxsus pul kisəsinin içində gizlədilmiş bükülüdə 0,515 qram narkotik maddə - tiryək aşkar edilib.



Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinə əsasən 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zərbəliyev Rəşad Əliabbas oğluna dostu İmişli rayon sakini Hüseynov Emil Eldar oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan siqaret qutusunun içərisində xüsusi üsulla gizlədilmiş 1,876 qram narkotik maddə - tiryək aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Türmə   Narkotik  





Xəbər lenti