“Ekologiya postu”nun söküləcəyi rəsmən təsdiqləndi

 “Ekologiya postu”nun söküləcəyi rəsmən təsdiqləndi
  17 Fevral 2020    Oxunub:6877
''Ekologiya postu'' plana düşdüyü üçün söküləcək və yeni bina bir qədər kənarda inşa ediləcək.

Bunu Azvision.az -a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

"Həmin ərazidə yolun hərəkət hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Post yolun hərəkət hissəsinə düşür və bu səbəbdən söküləcək".
Şöbə rəisi qeyd edib ki, yeni bina tikilənədək ''Ekologiya postu'' fəaliyyətini davam etdirəcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ekologiyapostu   Söküləcək   DYP  





Xəbər lenti