İşinger Əliyev-Paşinyan görüşünə münasibət bildirdi

  17 Fevral 2020    Oxunub : 1481
 İşinger Əliyev-Paşinyan görüşünə münasibət bildirdi
Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger Azərbaycan və Ermənistan liderlərinin görüşünü mühüm nailiyyət adlandırıb.
Azvision.az xəbər verir ki, o, Münhen Təhlükəsizlik Konfransı zamanı çox yaxşı nəticələrin əldə olunduğunu vurğulayıb.

“Azərbaycan və Ermənistan liderləri ilk dəfə Dağlıq Qarabağ münaqişənin həlli üçün gələcək addımları müzakirə etmək naminə ictimai məkanda bir araya gəldilər. Bu, cəsarət tələb etdiyi üçün alqışlara layiqdir", - deyə İşinger vurğulayıb.

Daha əvvəl isə konfransın sədri “Twitter” mikrobloqunda Ermənistan və Azərbaycana təşəkkür edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Volfqanqİşinger