Bin Ladenin oğlunun ölüm əmrini Tramp veribmiş

Bin Ladenin oğlunun ölüm əmrini Tramp veribmiş
  17 Fevral 2020    Oxunub:2613
Prezident Donald Tramp ABŞ xüsusi xidmət orqanlarından “Əl-Qaidə”nin qurucusu Usama bin Ladenin oğlu Həmzə bin Ladenin öldürülməsini tələb edirmiş.

Azvision.az xəbər verir ki, bu barədə “NBC” telekanalına ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) hazırladığı ölkə üçün potensial hədəflərin siyahısı ilə tanış olan mənbə deyib.
Keçən ilin sentyabr ayında Tramp Usama bin Ladenin oğlunun ABŞ-ın Əfqanıstan və Pakistanda keçirdiyi antiterror əməliyyatı zamanı öldürüldüyünü bəyan edib.

Qeyd olunub ki, prezidentliyin ilk iki ilində CIA Trampa ən təhlükəli terrorçuların siyahısını təqdim edib, lakin Amerika lideri dərhal Həmzə bin Ladenin ölüm əmrini verib.

ABŞ xüsusi xidmət orqanlarının ilk növbədə məhv etməyi planlaşdırdığı şəxslər arasında Trampın ötən ilin oktyabrında öldüyünü elan etdiyi İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi də olub.

Telekanalın məlumatına görə, bin Ladenin oğlu o qədər təhlükəli deyildi və hücum planlaşdırmırdı.

Bundan başqa, ABŞ Həmzə bin Laden haqqında məlumat verən şəxs üçün bir milyon dollara qədər mükafat elan etmişdi. Ona qarşı sanksiyalar tətbiq olunmuşdu. O, 2015-ci ilin avqust ayından etibarən “Əl-Qaidə”nin üzvü olub və fərqli ölkələrdə hücum çağırışları edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Bin-Laden  





Xəbər lenti