Bu gün MSK yenidən toplanır

 Bu gün MSK yenidən toplanır
  17 Fevral 2020    Oxunub:1970
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasda Milli Məclisə seçkilərlə əlaqədar daxil olan müraciətlərə baxılacaq.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Daxil olan digər müraciətlər isə baxılması üçün Dairə Seçki Komissiyalarına (DSK) geri göndərilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   İclas  





Xəbər lenti