Çində koronavirusdan ölənlərin sayı artıb

Çində koronavirusdan ölənlərin sayı artıb
  16 Fevral 2020    Oxunub:2141
Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 68,5 min nəfərə çatıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, indiyədək bu virusdan 1665 nəfər ölüb.

Hazırda virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 57416 nəfərdən çoxdur. Onlardan 11272-nin vəziyyəti ağır qiymətləndirilir.

Son sutka ərzində 2009 yeni yoluxma halı, 142 ölüm faktı qeydə alınıb, 1323 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti