Şəhid hərbi qulluqçumuz dəfn edildi - FOTOLAR

Şəhid hərbi qulluqçumuz dəfn edildi -  FOTOLAR
  16 Fevral 2020    Oxunub:9408
Gəncə şəhərində Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Seymur Ələsgərovla vida mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, mərasimdə Gəncənin icra başçısı Niyaz Bayramov, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin xidmət yoldaşları və şəhər sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra şəhidin cənazəsi Gəncə şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Düşmən tərəfindən açılan atəş nəticəsində ordumuzun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.















Azvision.az


Teqlər: Gəncə   Şəhid  





Xəbər lenti