FHN Qubadakı yanğınla bağlı məlumat yaydı

FHN Qubadakı yanğınla bağlı məlumat yaydı
  16 Fevral 2020    Oxunub:2850
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonunun Yerfi kəndində Dövlət Yanğından Mühafizə Hissəsindən 62 kilometr məsafədə, mürəkkəb relyefli yolların keçdiyi ərazidəki evdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib.

Yanğın nəticəsində biri-birinə bitişik, iki ikimərtəbəli (ümumi sahələri 200 kvadratmetr və 336 kvadratmetr) fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı digər evlər və tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Quba  





Xəbər lenti