Oğurluq etdilər, digər cinayətləri də üzə çıxdı

Oğurluq etdilər, digər cinayətləri də üzə çıxdı
  15 Fevral 2020    Oxunub:2712
Oğurluq etdiyinə görə tutulmuş H.Dadaşzadənin və A.Həsənovun ətrafında Nərimanov Rayon Polis İdarəsi 17-ci polis şöbəsinin, Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi və Xətai Rayon Polis İdarəsi 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 14-nə keçən gecə Nərimanov rayonundakı gözəllik salonlarının birindən 180 manat pul, Xətai rayonundakı gözəllik salonlarının birindən 1800 manat olan pulqabı və mobil telefon oğurlamaları da müəyyənləşdirilib.
Azvision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, A.Həsənovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 14-nə keçən gecə Nizami rayonundakı mağazaların birindən 1723 manat pul, 1 ədəd qol saatı və mobil telefon oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti