Keçmiş məhkumlar yenidən tutuldu

Keçmiş məhkumlar yenidən tutuldu
  15 Fevral 2020    Oxunub:3198
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Həsənov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 40 qramdan artıq heroin aşkar edilib.

F.Həsənova narkotik vasitəni satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş F.Həsənov da davam etdirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb. Onun yaşadığı evdən 1 kiloqram 5 qram heroin, 85 qramdan çox tiryək, 237 qrama yaxın metamfetamin və iki elektron tərəzi götürülüb.

F.Həsənovun Abşeron rayonunun Masazır qəsəbəsinin ərazisində gizlətdiyi 1 kiloqram tiryək də aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti