Xəzər dənizində zəlzələ olub

  15 Fevral 2020    Oxunub : 2101
 Xəzər dənizində zəlzələ olub
Fevralın 15-də Xəzər dənizində maqnitudası 4.3 olan zəlzələ baş verib.
Azvision.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:49-da qeydə alınıb.

Ocağı 62 kilometr dərinlikdə yerləşən zəlzələ sahilə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Azvision.az

Teqlər: Xəzər   Dəniz   Zəlzələ