Dövlət qulluqçularının peşə bacarıqları təkmilləşdiriləcək

   Dövlət qulluqçularının peşə bacarıqları təkmilləşdiriləcək
  15 Fevral 2020    Oxunub:2717
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planına əsasən dövlət qulluqçularının əlavə təhsilinin təşkili və peşə bacarıqlarının təkmilləşdirilməsi işi həyata keçiriləcək.
Azvision.az xəbər verir ki, Tədbirlər Planına əsasən dövlət qulluqçularının əlavə təhsilinin təşkili və peşə bacarıqlarının təkmilləşdirilməsi işi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Dövlət İmtahan Mərkəzi tərəfindən birgə təşkil olunacaq. Bu proses işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi məqsədinə xidmət edir.

Qeyd edək ki, il ərzində bununla bağlı keçirilən təlimlərə azı 3000 dövlət qulluqçusu cəlb olunub.

Azvision.az



Teqlər: Dövlət-Qulluqçusu  





Xəbər lenti