Hərbi qulluqçumuz şəhid oldu

   Hərbi qulluqçumuz şəhid oldu
  15 Fevral 2020    Oxunub:3126
Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, düşmən tərəfindən açılan atəş nəticəsində ordumuzun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Nazirlik, həmçinin bəyan edib ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Azvision.az



Teqlər: Şəhid   Ordu   Hərbçi  





Xəbər lenti