“Sosial şəbəkələrdəki görüntülər ciddi araşdırılır” - MSK sədri

“Sosial şəbəkələrdəki görüntülər ciddi araşdırılır” -    MSK sədri
  15 Fevral 2020    Oxunub:3951
"Bütün dairələrdən daxil olan müraciətlərə qanunun tələbinə uyğun olaraq baxılacaq. Bundan heç kim narahat olmasın".

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülər ciddi şəkildə araşdırılır:
"Ehtimal ki, bu gün DSK-lara göndərilən müraciətlərin 80 faizi bizə geri qayıdacaq. Biz onları ciddi şəkildə araşdıracağıq. Şikayətlərlə əlaqədar müəyyən müddət gözləməliyik. Qanunun tələbi olmasaydı, bu gün daxil olan müraciətlərə 3 gün ərzində baxıb, qərar qəbul edə bilərdik", - deyə MSK sədri bildirib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Məzahir-Pənahov  





Xəbər lenti