Çindən təxliyə edilən azərbaycanlılar Bakıya gəldilər - YENİLƏNİB

Çindən təxliyə edilən azərbaycanlılar Bakıya gəldilər -  YENİLƏNİB
  15 Fevral 2020    Oxunub:8014
Çinin Uhan şəhərindən Türkiyəyə təxliyə olunmuş altı Azərbaycan vətəndaşı Bakıya gəlib.

Azvision.az xəbər verir ki, onların heç birində koronavirus aşkarlanmayıb.
***
Çin Xalq Respublikasının Uhan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar təxliyə olunan və Ankaradakı doktor Zekai Tahir Burak Qadın Sağlığı Təhsili və Araşdırma xəstəxanasında karantində olan Azərbaycan vətəndaşları 15.02.2020 tarixində xəstəxananı tərk ediblər.

Bu barədə Azvision.az -a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfirlik tərəfindən həmvətənlərimizlə Ankaradakı Heydər Əliyev Parkındakı Buta Azərbaycanı Tanıtım Mərkəzində görüş keçirilib. Görüşdə Çindən dönən Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Türkiyə dövlətinə təxliyə ilə bağlı göstərilən dəstək və qayğıya görə təşəkkür ediblər. Eyni zamanda, həmvətənlərimiz Heydər Əliyev Parkını ziyarət edərək Ulu Öndərin heykəlinin önünə gül qoyub və mətbuata müsahibə veriblər.

Məlumatda qeyd olunub ki, Azərbaycanlılar yerli vaxtla saat 13:00-da AZAL-ın müvafiq reysi ilə Bakıya yola düşüblər. Onların Bakı vaxtı ilə saat 16:20-də Azərbaycana çatmaları gözlənilir.

Çindən təxliyə olunan Azərbaycan vətəndaşları aşağıdakılardır:

1. Quliyeva Leyla
2. Nağıyev Firuddin
3. Nağıyeva Duyğu
4. Rauf Məmmədli
5. Tural Cəfərov
6. Elşən Musazadə


Azvision.az


Teqlər: Çin   Uhan  





Xəbər lenti