Mnatsakanyan ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə edib

Mnatsakanyan ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə edib
  15 Fevral 2020    Oxunub:2140
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Baş katibi Tomas Qremingerlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in “Twitter” səhifəsində məlumat paylaşılıb.

Münhen Təhlükəsizlik konfransında bir araya gələn tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair fikir mübadiləsi aparblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Qarabağ   Müzakirə   XİN  





Xəbər lenti