Hindistan XİN Ərdoğana cavab verdi

Hindistan XİN Ərdoğana cavab verdi
  15 Fevral 2020    Oxunub:2820
Hindistan Xarici İşlər Nazirliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistanda səsləndirdiyi bəyanata münasibət bildirib.
Azvision.az xəbər verir ki, Hindistan XİN bəyanatı qınayaraq, Türkiyəni ölkəsinin daxili işlərinə qarışmamağa çağırıb.

“Biz Türkiyə rəhbərliyini Hindistanın daxili işlərinə qarışmamağa çağırırıq", - deyə Ankaraya xəbərdarlıq edilib.

Xatırladaq ki, Ərdoğan dünən Pakistan parlamentində çıxışı zamanı “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur” deyib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Hindistan   Ərdoğan  





Xəbər lenti